Ölkədə ödəniş kartları ümumi sayı 5 908 min ədəd təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə ödəniş kartlarının ümumi sayı 55 min artıb. Debet kartlarına gəldikdə isə, sosial kartlar 2 567, əmək haqqı kartları 1 412, digər kartlar isə 861 ədədə çatıb.
Həmçinin dövriyyədə olan ödəniş kartlarından kredit kartları 1 068 ədəd olub. Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 6 350 ədəd, həcmi isə 938 mln manatdır.
Belə ki, Nağdsız aparılan ödənişlərin həcmi 83 mln manat, sayı isə 451 min azalıb.