2 C
Baku
Saturday, December 14, 2024

“Nağdsız hesablaşmalar üçün komisyon haqqı digər ölkələrdən yüksək deyil”

“Azərbaycanda sadə vətəndaşlar, sahibkarlar və banklar nağdsız hesablaşmaların aparılmasında nə dərəcədə maraqlıdır?”

Bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında – “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində deyib.

“Bu suala cavab vermək üçün bir sıra məsələlərə, o cümlədən komisyon haqlarına diqqət yetirək. Hazırda Azərbaycanda POS-terminallar üzrə ödənilən komisyon haqqı 1,29-2,37% arası dəyişir. Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda və Böyük Britaniyada 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada isə 2-3%-dir. Yəni Azərbaycanda tariflər digər ölkələrdən yüksək deyil. Dövlət bu məsələyə müdaxilə etmir”, – deyə M.Cabbarov əlavə edib.

Report

Son xəbərlər
Digər xəbərlər