17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Nağdsız ödənişlər 56 mln. manatı keçdi, sakinlər 25 min manat qazandı

Screen Shot 2021 09 02 at 14.34.20

Nağdsız ödəniş edən 445 muxtar respublika sakininə 25 min manat dəyərində hədiyyə verilib.

Banker.az Naxçıvan İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, 1 yanvar 2021-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək daha çox nağdsız ödənişlər edən 445 muxtar respublika sakini tirajın nəticələrinə görə  25 min manat dəyərində hədiyyə qazanıb.

Nazirlikdən bildiriib ki, 2021-ci ilin ilk 6 ayında ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 56 milyon 188 min 728 manata çatdırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ının tətbiqi əhalinin nağdsız ödənişlərə həvəsləndirib. Proqrama uyğun olaraq 2014-cü ildən başlayaraq ildə 2 dəfə olmaqla həvəsləndirmə tədbirləri həyata keçirilir və bu günə kimi keçirilən 14 tirajda  3857 muxtar respublika sakininə 240 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər