Nağdsız ödənişlər Bakıda inkişaf edir, regionlarda geri gedir

Azərbaycanda nağdsız ödənişlərin inkişafı paytaxt Bakıda artır, rayonlarda (regionlarda) isə azalır. Bu barədə Mərkəzi Bankın 2021-ci ilin mart ayı üzrə statistik rəqəmlərində bildirilir.

Banker.az bildirir ki, 1 aprel 2021-ci il tarixinə Azərbaycanda POS-terminalların sayı 58 184 ədəd təşkil edib. Bu öncəki ayla müqayisədə 529 ədəd artım deməkdir. Bunların da 38 421 ədədi Bakıda, 19 763 ədədi isə rayonlarda olmuşdur. Son bir ayda Bakıda olan POS-terminalların sayı 567 ədəd artarkən, rayonlarda isə 38 ədəd azalma baş verib.

POS-terminalların 57 655 ədədi pərakəndə ticarətdə istifadə edilənlər olmuşdur. Pərakəndə ticarətdə istifadə olunan bu ödəniş terminallarının 37 346 ədədi Bakının, 19 204 ədədi isə rayonların payına düşür. Son bir ayda pərakəndə ticarətdə olan POS-terminalların sayı Bakıda 256 ədəd artdığı halda, rayonlarda 57 ədəd azalmışdır. Regionlar üzrə son bir ildə isə 7 907 ədəd, yəni 29% azalmadır.

Bankomatların (ATM) sayı həm rayon, həm də paytaxta artıb. Ölkə üzrə cəmi 2 763 ATM (aylıq müqayisə: +16) mövcuddur, bunun  1 451 ədədi Bakıda (+12), 1 312 ədədi (+4) isə rayonlardadır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.