10 C
Baku
Thursday, December 12, 2024

“NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” kampaniyasında  18 131 manat pul mükafatı qazanılıb

“AtaBank” ASC-nin 1 may 2017-ci il tarixindən start verdiyi “NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 28 337 ədəd lotereya kuponları paylanılmış və uduş kampaniyasında iştirak edən müştərilərin lotereya kuponları əsasında 18 131 manat  pul mükafatı qazanılmışdır.

Kampaniya 01 May 2017-ci il  tarixindən başlayıb və 31 dekabr 2017-ci il tarixinədək davam edəcəkdir. Lotereyada “AtaBank” ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.

Hər il olduğu kimi “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edilər!

Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində “AtaBank” ASC-nin POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.

Kampaniya şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzinə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər