15 C
Baku
Sunday, November 24, 2024

Nağdsız ödənişlər sistemi və prinsipləri

Ödənişlərin mahiyyəti və prinsipləri (nağd və nağdsız)

Müasir dövrdə pul – təsərrüfat həyatının ayrılmaz bir atributuna çevrilib. Maddi dəyərlərin çatdırılması və xidmətlərin həyata keçirilməsi ilə bağlı bütün sövdələşmələr pul ödənişləri vasitəsi ilə yerinə yetirilir. Pul ödənişləri nağd və nağdsız ola bilər.

Nağd-pul dövriyyəsi – dövriyyədə nağd pul hərəkəti və onun yerinə yetirdiyi başlıca iki funksiya:

1. Ödəniş vasitəsi (məhsulların, əməyin, xidmətlərin haqqının ödənilməsi; əmtəə və xidmət hərəkəti ilə bağlı olmayan hesablaşmaların ödənilməsi üçün istifadə olunur (məsələn əmək haqqının ödənilməsi ilə bağlı hesablaşmalar, mükafatlar, imtiyazlar, təqaüdlər, pensiyalar, sığorta müqavilələri əsasında sığorta təzminatlarının ödənilməsi, qiymətli kağızların alınması və onlara görə gələn gəlirlərin ödənişi, əhaliyə edilən ödənişlər, dövlət və təsərrüfat xərcləri, ezamiyyələrin ödənməsi, təmsilçilik xərcləri, kən təsərrüfatı mallarının alınması və s). Və dövriyyə vəsaitləri: Nağd- pul dövriyyəsi müxtəlif pul növləri vasitəsi ilə həyata keçirilir: banknot, metal pulları, digər kredit elementlər, veksellər, çeklər).

Nağdsız ödənişlər – bank hesablarındakı qeydlər vasitəsi ilə həyata keçirilən hesablaşmalardır, bu zaman pullar ödənişi edənin hesabından silinərək, qəbul edicinin hesabına yazılır. Nağdsız hesablaşmalar təsərrüfatda müəyyən sistem əsasında təşkil olunur – nağd hesablaşmalarının təşkili prinsiplərinin məcmusu, konkret təsərrüfat növləri tərəfindən müəyyən edilən hesablaşmaların təşkili ilə bağlı irəli sürülən tələblər, həmçinin hesablaşma növləri və formaları, həmçinin onlarla əlaqəli sənədləşmə işləri.

Nağdsız ödənişlərin ilik prinsipi – onların bank hesabları vasitəsi ilə həyata keçməsidir, banklar müştərilərə vəsaitlərini orada saxlamaq və bank vasitəsi ilə köçürmələr etmək imkanı verir. Bu həm fiziki, həm də hüquqi şəxslərə qarşı mülki münasibətlərdir. Pulların bank vasitəsi ilə köçürülməsi iqtisadi səmərəlilik ilə əsaslanmalı, həmçinin bazar subyektlərinin iqtisadi müstəqilliyi və öz hərəkətlərinə görə maddi məsuliyyət daşımaları ilə uyğunlaşmalıdır.

İkinci prinsip – bank hesabları vasitəsi ilə ödənişlər bank tərəfindən hesab sahibinin sərəncamı əsasında onun özünün müəyyən etdiyi qaydada ödənişlərin ardıcıllığına uyğun və hesabdakı qalığın miqdarı çərçivəsində həyata keçirilməlidir. Burada bazar subyektlərinin öz hesablarından edilən ödənişlərinin ardıcıllığı ilə bağlı özlərinin qərar vermə hüququ təsbit olunur və qorunur. Bankın əsas tələbi isə ödənişlərin müştərinin hesab qalığındakı limit çərçivəsində edilməsidir.

Üçüncü prinsip – bazar subyektləri tərəfindən nağdsız hesablaşma formasını seçmək hüququ və bu hüququn bankların müdaxiləsi olmadan təsərrüfat əqdlərində və müqavilə münasibətlərində əks olunması. Bu prinsipin əsasən bazar subyektlərinin müqavilə və hesablaşma münasibətlərinin təşkili zamanı onların mülkiyyət formalarından asılı olmayaraq müstəqilliyini təsdiq etməyə və bu hesablaşmaların effektivliyinə görə maddi məsuliyyəti artırmağa hədəflənmişdir. Bank hesablaşmalarının həyata keçirilməsində vasitəçidir.

Ödənişlərin müddətliyi prinsipi – ödənişlərin həyata keçirilməsində təsərrüfat, kredit, sığorta müqavilələri, maliyyə nazirliyi və ya mərkəzi bankın təlimatları, şirkət və onun əməkdaşları arasında imzalanan, əməkhaqqı ödənişlərinin təşkilini nəzərdə tutan müqavilələr, əmək razılaşmalarında göstərilən müddətlərə ciddi şəkildə riayət etməklə həyata keçirilməlidir.

Bunun iqtisadi əhəmiyyəti onunla bağlıdır ki, ödənişləri qəbul edən tərəf nəinki ümumiyyətlə ödənişin həyata keçirilməsində, həm də onun əvvəlcədən qəti şəkildə müəyyən edilmiş tarixdə əldə etməkdə maraqlıdır. Müəssisələr və digər subyektlər ödənişin təcililiyi (müddəti) barədə məlumatlı olsalar, öz pul dövriyyələrini daha məntiqi şəkildə qura, borc vəsaitlərinə ehtiyacı daha yaxşı müəyyən edə və öz balanslarının likvidliyini idarə edə bilərlər.

Ödənişlərin təminatlılığı prinsipi – ödənişin müddətliyinə riayət edə bilmək üçün hesab sahibinin (ödənişi həyata keçirənin) və ya onun likvid vəsaitlər qarantının hesabında vəsait olmasını nəzərdə tutur ki, ödənişi qəbul etməli olan tərəfin qarşısında yaranan öhdəlikləri vaxtında yerinə yetirmək mümkün olsun. Bu prinsip ödənişin qarantiyasını yaradır, təsərrüfatdakı ödəniş nizam-intizamını, həmçinin bazarın bütün iştirakçıların kredit qabiliyyətini və ödəmə qabiliyyətini gücləndirir.

Bütün prinsiplər bir-biri ilə bağlıdır və sıx şəkildə əlaqəlidir, onlar bir-birini şərtləndirir və tələb edir. Onlardan birinin pozulması digərinin də pozulması ilə nəticələnir.

Nağdsız hesablaşmalar ilə bağlı məlumatlar cari, ödəniş və digər növ hesablarda əks olunur, bu hesablar banklar tərəfindən öz müştəriləri üçün açılır, hesab açılması üçün müştərilər banka lazımı sənədləri təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər