9 C
Baku
Sunday, November 17, 2024

Nağdsız ödənişlərin həcmi 2 dəfədən çox artıb

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2023-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4556 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 3583 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 965 mln. manatı POS-terminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili
kart əməliyyatlarının 53%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər