29 C
Baku
Wednesday, July 16, 2025

“Nağdsız” ölkə

Artıq 2016-cı ildə Danimarka biznesinin böyük əksəriyyəti – pərakəndəçilər, restoranlar, yanacaq doldurma məntəqələri və digər çoxsaylı şirkətlər bütün hesablaşmaları nağdsız şəkildə həyata keçirə biləcək.

Ölkə rəhbərliyi iqtisadiyyatın inkişafını sürətləndirmək, məhsulların dəyərinin azldılması və istehsalat qabiliyyətinin artırılması istiqamətində tədbirlər proqramını yaratmağı qərara alıb. Danimarkanın Finansrådet Bank assosiasiyasında belə hesab edirlər ki, nağd pullardan imtina etmək Danimarka biznesinə təhlükəsizliyin təmin edilməsinə sərf olunan xərcləri və digər qeyri-istehsalat xərclərini azaltmaq imkanı verəcək.

Danimarkalılar kağız və metal pullar da daxil olmaqla nağd pullardan imtina etməyə başlayıblar. Krallığın demək olar ki, hər üçüncü vətəndaşı Danske Bank tərəfindən yaradılmış MobilePay tətbiqetməsindən istifadə edir. Qeyd edək ki, bu tətbiqetmə smartfon vasitəsilə ödənişlər etməyə imkan verir.

Bir çox skeptiklər belə hesab edir ki, tamamilə nağdsız ödənişlərə keçmək fırıdaqçılıq risklərini artıracaq. Lakin Danske Bank təhlükəsizlik ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir ki, bunlardan da biri MobilePay hesabının nömrəsinin istifadəçinin sosial sığorta nömrəsi ilə birləşdirilməsidir.

Son xəbərlər
Digər xəbərlər