10 C
Baku
Thursday, December 12, 2024

Nağıllara inanan İslandiya!

İslandiyanın ən az əhali məskunlaşmış ölkələrdən biri olduğunu bilirdinizmi? Əhalinin orta sıxlığı hər kvadrat metrə görə 3 insan təşkil edir. Məhz buna görə də sevgili cütlüklər ayrıldıqda dost olaraq qalmağa çalışırlar. Çünki onlar dost və tanışlarının əksəriyyəti böyük ehtimalla ortaq olurlar. Bununla yanaşı, bu ölkədə həyat və məişət bəzi nüanslara sahibdir.
İslandiyalılar uzun ömürlüdürlər. Qadınlarda orta yaş həddi 81, kişilərdə isə 76 yaşdır. Burada 100-110 yaşlı bir insan tapa bilməzsiniz.
İslandiyada çoxları trollara inanırlar. Məsələn, mühəndislər yeni yol çəkdikdə mütləq folklor mütəxəssisləri ilə məsləhətləşirlər. Birdən trolların yaşadıqları məkanları dağıdarlar…
İslandiyada ordu yoxdur. Burada yalnız sahil mühafizəsi və silahı olmayan polis var.
İslandiyalılar – fəal internet istifadəçiləridirlər və demək olar ki, bütün ölkə vətəndaşları Facebook-da qeydiyyatdan keçib.
İslandiyalıların milli geyimi yun sviterlərdir. Yerli qoyunların yunu isti və yumşaqdır. Buna görə də, hər il külli sayda yun xarici ölkələrə ixrac edilir.
İslandiyadakı turistlərin sevimli yeməyi – xakarl, yəni bir az qurudulmuş köpək balığı ətidir. Onun çox pis dadır var. Təzə köpək balığı ətini isə yemək məsləhət görülmür. Çünki bu zaman ət zəhərli olur və ammonyak yaradır. Bundan əlavə, burada süd turşusuna qoyulmuş qoyun budu tez-tez yeyilir.
İslandiyada azyaşlılar da daxil olmaqla hər bir vətəndaşa 2,5 avtomobil düşür.
Bu ölkədə evlərə kranlara isti və soyuq su birbaşa olaraq su yataqlarından və qeyzerlərdən gəlir. İslandiyada belə qeyzerlərin sayı minlərlədir. Su o qədər təmizdir ki, filtrasiyaya ehtiyac yoxdur.
İslandiyalıların soyadı yoxdur. Burada yalnız “-son”, yaxud “-dottir” ilə bitən ata adı işlənir. Yeni doğulmuş uşağa adı ad siyahısından seçmək adəti var. Əgər yeni ad düşünülübsə bu ad hökumət qüvvələri ilə müzakirə edilir və uyğun görülsə siyahıya əlavə edilir.
İslandiyanın dördüncü prezidenti Viqdis Finnboqadottir bütün dünyada ilk qadın prezident olub.

Son xəbərlər
Digər xəbərlər