8 C
Baku
Saturday, December 3, 2022

Naməlum şəxs lotereyada 2 milyard dollardan çox pul uddu

ABŞ-da “Powerball” lotereyasının iştirakçısı 2,04 milyard dollarlıq cekpot qazanıb.

Məlumata görə, lotereya nümayəndələri ən azı bir biletin çərşənbə axşamı elan edilən bütün nömrələrə uyğun gəldiyini təsdiqləyiblər.

Eyni zamanda, onlar qalib haqqında məlumat, eləcə də uduşlu biletlərin sayını dəqiqləşdirməyiblər.

Əgər bir neçə bilet qalib gəlibsə, mükafat fondu bölünəcək.

Əvvəlki lotereya rekordu 2016-cı ildə qeydə alınıb. Sonradan 1,586 milyard dollar məbləğində mükafat fondu Kaliforniya, Florida və Tennessi ştatlarından olan üç qalib arasında bölüşdürülüb.

Son xəbərlər
Digər xəbərlər
X