21 C
Baku
Şənbə, May 21, 2022

Naməlum şəxs Nyu-York metrosunda atəş açıb, 13 nəfər yaralanıb

Nyu-York metrosunun Bruklin stansiyasında naməlum şəxsin atəş açması nəticəsində 13 nəfər yaralanıb.

Bu barədə Nyu-Yorkun Yanğınsöndürmə Departamenti məlumat yayıb.

Məlumatda hadisə yerindən partlayıcıların tapıldığı da bildirilir.

Hadisə şahidləri atəşin maskalı şəxs tərəfindən açıldığını deyiblər. Onların sözlərinə görə, dağınıq atəş açan şəxs hadisəni törədəndən sonra digər stansiyaya keçib.

Polis hələlik onu yaxalamayıb.

Perronda və vaqonlarda yaralılar var.

 

 

Son xəbərlər
Oxşar xəbərlər