28 C
Baku
Wednesday, June 26, 2024

Naməlum şəxslər Misirdə sərnişin təyyarəsini qaçırıb

Misirdə naməlum şəxs sərnişin təyyarəsini qaçırıb. “Reuters”-in verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.

İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.

Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb. 

APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər