2 C
Baku
Saturday, December 14, 2024

Naməlum treyder Baydenin borc tavanı ilə bağlı qərarından $7.5 mln. qazanıb

ABŞ-da naməlum treyder tikinti ilə məşğul olan “Mountain Valley Pipeline” qaz kəmərinin tikintisində iştirak edən “Equitrans Midstream Corp.”dan 100 000 kol-opsion (komissiya ödənilməklə əvvəlcədən müəyyən edilmiş qiymətə səhm almaq hüququ verir) almaqla təxminən 7.5 milyon dollar qazanıb, bu barədə “Bloomberg” yazıb.

Treyder ticarəti mayın 24-də, ABŞ prezidenti Co Baydenin respublikaçılarla borc tavanı ilə bağlı razılaşmanı elan etməsindən bir neçə gün qabaq həyata keçirib. “Bloomberg”ə görə, treyderin ötən il 35% ucuzlaşan “Equitrans” səhmlərinin artımına mərc etməsi və dövlət borcu ilə bağlı qərardan sonra səhmlərin 49% artması informasiya sızmasından xəbər verə bilər.

“Equitrans” agentliyə bildirib ki, nə şirkət, nə də onun rəhbərləri call-opsion sövdələşməsində iştirak etməyiblər.

“Mountain Valley Pipeline” – Qərbi Virciniyanın şimal-qərbindən cənubi Virciniyaya uzanan 489 km-lik qaz kəməridir. Kəmərin tikintisinə 2018-ci ildə başlanılıb. “Equitrans” onun tikintisinin 2023-cü ilin sonuna qədər ümumi dəyərinin 6.6 milyard dollar olacağını qeyd edib.

Son xəbərlər
Digər xəbərlər