6 C
Baku
Sunday, December 15, 2024

Naməlum ünvanlardan gələn məktubları neçə nəfər açır?

Alman alimləri şəbəkədə yayılan naməlum istifadəçilərin məktublarının neçə nəfər tərəfindən açıldığını müəyyən edib.

“vev.by” saytına istinadən məlumata görə, Nürnberq Universitetinin alimləri 1700-dən çox adamın iştirak etdiyi irimiqyaslı araşdırma aparıb. Bu insanlara müxtəlif naməlum akkauntlardan qeyri-müəyyən məzmunlu məlumatlar göndərilib. Bununla da neçə nəfərin spamdan və haker müdaxiləsindən qorxmadan bu məlumatı açacağını öyrənmək qarşıya məqsəd qoyulub.

Araşdırmanın nəticələri göstərib ki, hər ikinci adam naməlum ünvandan göndərilən məktubu açır. Onlardan 56 faizi bu ehtiyatsızlığa öz elektron poçtunda, 39 faizi sosial şəbəkələrdə yol verir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər