1. Yuxu zamanı biz iflic oluruq.
İstər inanın, istər yox, amma bizim vücudumüz demək olar ki, yuxu zamanı iflic vəziyyətində olur – əsasəndə ona görə ki, bədən yuxuda baş verən hərəkətləri təkrarlamasın deyə.
2.Xarici qıcıqlandırıcılar bizim yuxulara təsir edir.
Bizlərdən hər biri heç olmasa bir dəfə bunu öz üzərində hiss edib: təhtəl-şüur bizim hazırkı anda hiss etdiyimizi yuxuda əks etdirir. Məsələn, susuzluğu olan şəxs yuxuda bir fincan su görür.Yatan şəxs su içməyə cəhd göstərir, yenə də bir fincan su görür.Və nəhayət oyanaraq həqiqi həyatda su içir. Beləliklə, təhtəl-şüurumuz bizə oyanmağı və su içməyi “deyir”.
3. Keçmiş siqaret istifadəçiləri daha rəngarəng yuxular görürlər.
Keçmiş siqaret istifadəçiləri digər insanlardan fərqli olaraq daha rəngarəng və həqiqətə yaxın yuxular görürlər. Əksər hallarda onlar yuxuda yenə də siqaretdən istifadə etdiklərini görürlər və buna görə özlərini günahkar hiss edirlər.
4. Yuxuları hərfi mənada başa düşmək lazım deyil.
Təhtəl-şüurumuz işarələr və rəmzlər dilindən istifadə edir. Buna görə hətta ən məntiqli və zəngin süjeti olan yuxunu belə hərfi mənada başa düşmək lazım deyil. Şüurumuz bizə dəqiqi obrazları deyil, işarələri göndərir.
5. Hər kəs rəngli yuxu görə bilməz.
Görmək qabiliyyətində heç bir problem olmayan insanların 12%-i ağ-qara yuxular görürlər.
6. Biz yalnız həqiqi həyatda gördüklərimizi yuxuda görə bilərik.
Yuxularımızda biz tanımadığımız insanları görə bilərik. Lakin şüuraltımız bu simaları uydurmur. Bu bizim həqiqi həyatda gördüyümüz, lakin simalarını unutduğumuz insanlardır.
7. Yuxular psixoloji xəstəliklərin qarşısını alır.
Alimlər belə bir tədqiqat keçirirlər: sınaqda iştirak edənlər 8 saat yatırdılar, lakin hər yuxunun başlanğıc fazasında onları oyadırdılar. Üç gündən sonra tədqiqatda iştirak edən bütün insanlarda diqqət dağınıqlığı, hallüsinasiyalar, əsəbilik və psixozun ilkin əlamətləri müşahidə olunmuşdu.
8. Hər kəs yuxu görür.
Bütün insanlar (psixoloji problemləri olan şəxlərdən başqa) yuxu görürlər. Lakin qadınlar və kişilər müxtəlif yuxular görürlər. Kişilər yuxularında adətən öz cinslərindən olan təmsilçiləri görürlər. Qadınlar isə hər iki cinsin təmsilçilərini və eyni proporsiyada görürlər.
9. Biz yuxularımızın 90%-ni unuduruq.
Yuxudan oyandıqdan 5 dəqiqə sonra biz gördüyümüz yuxuların yarısını artıq xatırlamırıq, 10 dəqiqədən sonra isə yuxunun cəmi 10%-ni xatırlayırıq.
10. Görmək qabiliyyətini itirmiş insanlar da yuxu görürlər.
Doğulandan sonra görmək qabiliyyətini itirən insanlar rəsm şəklində yuxular görürlər. Anadangəlmə görmə qabiliyyətini itirənlərin isə yuxuları səslərlə, ətirlərlə zəngin olur.
11. İnsan xoruldadığı zaman yuxu görmür.
12. Üç yaşına qədər olan balaca uşaqlar yuxularında özlərini görmürlər. 3 yaşından 8 yaşına olan uşaqlar isə ən çix qorxulu yuxular görürlər.
13. Həyatımızın üçdə bir hissəsi yuxuda keçir. Təxminən 25 il.
14. Əvvəllər düşərgə və həbsxanalarda insanı yuxu görməkdən məhrum etmək işgəncə üsulu hesab edilirdi.