Namibiya Respublikasının prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.
Ölüm zamanı o, həyat yoldaşı və uşaqlarının əhatəsində xəstəxanada olub.
Yanvar ayında prezident ofisi Qeynqobaya xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.
Hazırda isə dövlət başçısı vəzifəsini Namibiyanın vitse-prezidenti Nangolo Mbuba icra edir.







