14 C
Baku
Thursday, May 16, 2024

Napaleon Bonapart və gözətçi

Bir dəfə Napaleon Bonapart qarovulların yoxlanışı zamanı postda yuxuya getmiş bir gözətçinin olduğunu görür. Nizamnaməyə və müharibə dövrünün qanunlarına əsasən yuxaya getmiş növbətçi, hərbi tribunal qarşısına çıxmalı və güllələnməli idi, çünki öz döyüş yoldaşlarını və dövlətini təhlükə altına oyaraq, postda rüsvayçı şəkildə yuxuya gedən bir əsgərə başqa bir cəza təsəvvür etmək qeyri mümkün idi.

Amma Napaleonun qərarı olduqca gözlənilməz və təəccübləndirici idi. O, yuxuya gedən əsgərin silahını əlinə alır və özü onun yerində posta dayanır. Postda dayanmaqdan əldən düşmüş əsgərin yuxusuna isə əngəl olmur. Bir neçə vaxtdan sonra növbəni əvəz etməyə gələn serjant görür ki, növbətçi yatır, imperator isə onun yerində postda dayanıb.

Deyirlər ki, bütün əsgərlərin xəbər tutduğu bu hadisədən sonra, onlar imperatorla birlikdə görünməmiş cəsarətə və hünərlə istənilən döyüşə girməyə və öz imperatorları uğrunda ölmə belə getməyə hazır idilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər