Müəyyən edilmiş məqsəd
Hər zaman nə istədiyinizi bilməli və sizi fəaliyyətə gətirəcək mütləq bir məqsədə nail olmalısınız.
Arzu
Arzu hər kəsdə var, lakin bunu elə etmək lazımdır ki, buna nail olacaq yeni ideyalar yaratsın.
Öz gücünə inam
Əgər siz bu keyfiyyətə sahibsinizsə, onda heç kim və heç nə sizi müəyyən məqsədə doğru gedən yolunuzda əngəl olmayacaq. Əsas olan başladığınız işi sona çatdırmaq və heç vaxt yarı yolda dayanmamaqdır.
Dəqiq biliklər
Əgər qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün kifayət qədər biliklərə sahib olduğunuzu düşünürsünüzsə burada sizin əzmkarlığınız daha da inkişaf edəcək. Heç bir halda nəyinsə alınmayacağı ilə bağlı şübhələrə qapılmaq lazım deyil. Öz gücünüzə inanın və dayanmayın.
Əməkdaşlıq
Uğura təklikdə nail olmağa çalışmaqdansa sizinlə eyni fikirli bir insanı taqmaq daha yaxşıdır.
Fikiri toplamaq
Məhz fikiri toplamaq əzmkarlıq yaradır. Əgər fikriniz daim əsas tapşırığa doğru yönəlibsə, bu sizə böyük üstünlüklər qazandıracaq.
Əzmkarlıq – bir növ vərdişdir və uğura nail olmaq istəyən hər bir şəxs özündə bunu inkişaf etdirərək qoruyub saxlamalıdır. Bu halda o sizin ayrılmaz bir parçanıza çevriləcək və daim xarakterinizdə özünü biruzə verəcək.