25 C
Baku
Saturday, April 20, 2024

Napoleon Hillin düşündürücü sitatları

Bir insanın gələcək taleyindən xəbər vermək üçün öncə görən yaxud falçı olmaq lazım deyil. Ona sadəcə bu sualı vermək kifayətdir: “Həyatdakı əsas məqsədin nədir və ona necə nail olmağı düşünürsən?”.

Zəngin və müvəffəqiyyətli bir insan olmaq üçün qarşıya açıq-aşkar məqsəd qoymaq və onu reallaşdırmaq üçün mərhələlər müəyyən olunmalıdır.

Yalnız yaxşı müəyyən olunmuş məqsədlər vasitəsilə yolunuzun üstündə duran problemlərin və çətinliklərin öhdəsindən gələ bilərsiniz.

Uğura nail olmaq istəyirsinizsə bu gündən etibarən “axına qarşı üzməyə” son qoyun. Qarşınıza konkret məqsəd qoyaraq onu bir kağıza yazın. Bu kağız daim gözünüzün qabağında olarsa məqsədiniz də daim yadınızda olacaq.

Gələcəyiniz onu qurduğunuz kimi olacaq. Onu necə görmək istəyirsinizsə elə bu gündən onu o formada qurun. Arzunuz nə qədər dərin olsa, məqsəd də bir o qədər aydın olacaq. Bu da əvvəllər qarşısıalınmaz kimi görünən maneələrin aradan qaldırılmasına imkan yaradacaq.

  • Uğur əldə etməyə özünə hədəf seçibsə demək boşa zaman xərcləmir. O bunun üçün mövcud bütün vasitələrdən istifadə edir və bununla yanaşı özü də yenilərini yaradır.
  • Həyatın problemlərinə qalib gəlmək üçün sərt xarakter, gələcək üçün məqsəd və bu məqsədi reallaşdırmaq üçün plana sahib olmalıyıq.
  • Hər şeydən əvvəl problemlərə və uğursuzluqlara deyil, həyatın sizə mükafat kimi təqdim etdiklərinə diqqət yetirin. Çalışın ki, sahib olduğunuz bütün yaxşı şeylər həyatınızda ilk növbədə dayansın. Hər bir problemi uğura aparan tramplin hesab edin, çünki bu problemlərin hər biri sizi uğura yaxınlaşdırır. Hər bir yaşadığınız günə görə taleyə minnətdar olmağı unutmayın.
  • Hələ keçən həftə etməli olduğunuz işləri üstəlik də sabaha təxirə salmaq ən zərərli vərdişlərdəndir.
  • Zaman azlığını bəhanə edərək işin icrasını gecikdirmək yaxud növbəti günə təxirə salmaq bizim uğursuzluğumuzun əsas səbəbidir.
  • Fəaliyyətsizlikdən yeni ideyalar yaranmır.
  • Digər insanlara uğur qazanmağa kömək etməklə biz həm də öz uğurumuzu yaxınlaşdırırıq.
  • Başqalarına yardım əli uzatmaqla öz problemlərimizin də həllinə kömək edirik.
  • Yadda saxlayın kiçik bir damcı optimizm tonlarla pessimizmin öhdəsindən gəlməyə qadirdir.
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər