16 C
Baku
Friday, April 19, 2024

“Nar Mobile” abunəçilərinin sayını açıqlayıb

“Nar” şəbəkəsi Azərbaycanda 6500-dən artıq baza stansiyası ilə xidmət göstərir”.

Bunu “Nar” şirkətinin baş icraçı direktoru Qunnar Panke bildirib.

Q.Pankenin sözlərinə görə, “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ini əhatə edir: “Bu, o deməkdir ki, mobil operator əhalinin bütün qismini öz əhatəsinə alıb”.

Baş icraçı direktor əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə də “Nar”ın xidmətlərindən istifadə olunması çox sevindiricidir. “Belə ki, Cocuq Mərcanlıda da “Nar” şəbəkəsi fəaliyyətə başlayıb. Bu zonada yaşayan vətəndaşlarımız, regionda olan digər soydaşlarımız kimi, bizim “Yerlim” tarifindən istifadə edə biləcəklər”.27F9E963 0E34 420F BD8A D2D72DB54462

O vurğulayıb ki, “Nar” Azərbaycanda yüksək keyfiyyətli səs ötürülməsini təmin edən “HD Voice” xidmətini təqdim edən ilk mobil operatordan biridir.

“Bizim abunəçilərin internetdən istifadəsi də çox vacibdir. Buna xüsusi önəm veririk. Keçən ilin 3-cü rübü ilə müqayisədə bu il bizim internet trafikdən istifadə 58% artıb. Cari ildən “Nar” şəbəkəsindən istifadə olunan data trafikinin ümumi həcmi artıq 8 terrabayta bərabərdir. Bu, çox böyük rəqəmdir. Əlbəttə, bizim üçün çox vacibdir ki, bizim internetin həcmi artdıqca, insanlar da onun keyfiyyətindən razı qalsınlar. Bizim belə bir alətimiz var ki, abunəçilərimizin məmnuniyyətini ölçür. Bu il internet istifadəçilərimizin razılıq indeksi 2 dəfə artıb. Bu isə indiyə qədər “Nar”ın əldə etdiyi ən böyük nəticədir”, – deyə Q.Panke vurğulayıb.

Baş icraçı direktorun sözlərinə görə, “Nar” 2 mln. nəfərdən çox abunəçiyə xidmət göstərir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər