®Ölkədə təhsilin inkişafına xüsusi önəm verən “Nar” pandemiya dövründə də alternativ kanallarla təhsilinə davam edən tələbə və şagirdlərə öz dəstəyini göstərir. Belə ki, mobil operator Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi layihəsi olan və sosial izolyasiya dövründə internetə çıxışı məhdud olan şagirdlər üçün TV üzərindən canlı dərslər yayımlayan “Dərs vaxtı” proqramını rabitə dəstəyi ilə təmin edir.
Proqramda məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunur və bu teledərslər şagirdlərə ölkənin istənilən yerindən ən təcrübəli müəllimlərin izahı ilə mövzuları öyrənmək üçün unikal imkan yaradır. Dərsləri həftəiçi hər gün “Mədəniyyət” və “ARB Günəş” telekanallarında izləmək mümkündür. Gündəlik dərs cədvəli ilə burada tanış ola bilərsiniz.
Xatırladaq ki, “Nar” pandemiya dövründə təhsilin davamlılığına dəstək məqsədilə sərfəli “TƏHSİL+” internet paketini təqdim edib ki, bu da şagird və tələbələrin, eləcə də müəllimlərin onlayn dərslərə daha rahatlıqla qoşula bilməsinə imkan yaradır.