17 C
Baku
Monday, October 27, 2025

“Nar”a yeni baş icraçı direktor təyin olunub

Özgür Genc “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Şirkətdən  verilən məlumata görə, Özgür Genc İKT və şəbəkə texnologiyaları da daxil olmaqla, telekommunikasiya sahəsində 25 ildən çox zəngin təcrübəyə malikdir. O, Azərbaycanın “Azerconnect Group”, Türkiyənin “Turkcell” və Ukraynanın “Lifecell” kimi İKT və telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Özgür Genc Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsini bitirib. O, həmçinin İsveçrənin “IMD” Biznes Məktəbində “Rəqəmsal Transformasiya və Gələcəyin İdarə olunması” proqramını bitirib.

Özgür Genc “Azerfon” MMC (“Nar”) şirkətinin baş icraçı direktoru vəzifəsində Qunnar Pankeni əvəz edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər