Narahat olmağın zamanı gəldi: artıq çox gecdir?

Daim bir fikirlə mübarizə aparıram. Bu, sizi də tərk etmir: “Artıq çox gecdir”. Yeni kitab yazmaq üçün çox gecdir, yeni şirkət təsis etmək üçün çox gecdir, yeni dil öyrənmək üçün çox gefcdir. Bu – zaman qorxusudur. Əldə etmədiyim bacarıqların sayı və istifadə etmədiyim fürsətlər, səmimi desəm, dəhşətə gətirir. Uzun müddət idi ki, bu qorxunun öhdəsindən gələ bilməsəm də, bacardım! Sizinlə bunun üçün istifadə etdiyim strategiyaları bölüşmək istəyirəm. 

“İnsanlar taleyin əsiri deyil, öz düşüncələrinin əsirləridir”, – Franklin Ruzvelt. 

Əgər ölüm qorxusu həyatın sona çatacağı qorxusudursa, zaman qorxusu vaxt itirmək qorxusudur. Cəmiyyət bizə müəyyən bir məqsədə irəliləməyin çox gec olduğunu deyir və biz hədəflərimizi əhəmiyətsiz hesab etməyə başlayırıq. Bizə istəyirik ki, etdiklərimiz cəmiyyət üçün əhəmiyyətli olsun. 

Zaman qorxusu bir neçə forma ala bilər:

  1. Hazırkı vaxt qorxusu: nəyisə çatdırmamaq və buna görə təşvişə və ya depressiyaya düşmək. Bəzi insanlar hazırkı zaman qorxusundan qaynaqlanan stress səbəbiylə panikaya düşür. 
  2. Gələcək qorxusu: gələcəkdə nə baş verəcək və ya nə baş verə bilər deyə düşünmək, daim özünə “Əgər..” sualını vermək.
  3. Ekzistensional qorxu: vaxtı itirmək və buna görə özünü günahkar hiss etmək, bəzən insanları ölüm haqqında düşünməyə vadar edir. 

“Məğlubedilməz ağıl” kitabının müəllifi Aleks Likerman, zaman qorxusunun bu kimi suallarla əlaqəli olduğunu idda edir: “Həyatımda mümkün qədər dəyər yarada bilirəmmi?”, “Ölüm ayağında olanda, özümə kifayət edəcək qədər vaxt sərf etdiyimi hiss edəcəyəmmi?” və s. 

Zaman qorxusu, həyatınızın məqsədini təyin edən və hələ kəşf etməli olduğunuz hər hansısa xarici qüvvəyə inandığınız demək deyil. Bu o deməkdir ki, sizin rifahınız həyatınızda yaratdığınız dəyərlə müəyyən olunur. 

Paradok ondadır ki, bu aşırı optimallaşdırma bizə bu dəyərə çarmağımıza mane ola bilər. Biz daha yüksək nəticə əldə edəcəyimizi güman edərək, özümüzü məhdudlaşdırırıq. Zaman qorxusunu məğlub etmək, bütün diqqəti pespektivlərə deyil, nəticəyə yönəltmək deməkdir. 

Zaman qorxusuna qalib gəlmək: prespektivlərdən nəticələrə qədər

“Narahatlıq hiss edənlər üçün zehinlilik gündəliyi” (The Mindfulness Journal for Anxiety) kitabının müəllifi Tanya C. Petersonun sözlərinə görə, həyatınızı idarə edə bilmək üçün bir neçə həqiqəti qəbul etmək vacibdir. Əvvəla, zaman var və siz onu dəyişdirə bilmirsiniz. Zaman irəliyə doğru irəliləyəcək və biz də həmçinin. 

Və əgər “Niyə” deyə soruşmağa davam etsək, nəticədə eyni nöqtəyə gələcəyik: “xoşbəxt olmaq”, – Aleks Likerman, klinik psixoloq. 

Həyatın məqsədi xoşbəxtlik psixologiyasında vacib amillərdən biri olsa da, onun axtarışına çox əqli enerji sərf etsəniz, sizi xoşbəxt edən şeylər etmək əvəzinə davamlı narahatlıq hiss edəcəksiniz. Gündəlik həyatda məna axtarmağa davam edərkən qorxunu azaltmaq üçün atmalı olduğunuz üç addım:

  1. “Yaxşı vaxt keçirmək” sizin üçün nə demək olduğunu müəyyənləşdirin. Əyləşin və sizi həqiqətən xoşbəxt edən, o cümlədən axına düşməyə kömək edən şeyləri düşünün. Nə etdiyiniz və həmin an nə hiss etdiyiniz haqqında düşünün. Məsələn, kitabınızı çap etdikdən sonra nə qədər xoşbəxt ola biləcəyinizi düşünməyin. Özünüzə sual verin: “Yazmağı xoşlayırammı?” Marafon qaçandan sonra hiss edəcəyiniz qürur haqqında düşünməyin. Özünüzə sual verin: “Qaçmaqdan xoşum gəlirmi?” Zövq aldığınız, sizə və ya cəmiyyətə fayda gətirən fəaliyyətlərin qısa siyahısını yaradın. 
  2. Bu anlar üçün vaxt ayırın. Bu, onlara vaxt tapmaq demək deyil, sadəcə onları həyatınıza necə inteqrasiya edə biləcəyinizi düşünün. Bəlkə, işə gedərkən. Bəlkə, evdə uşaqlar yuxuya gedəndən sonra. Və ya bəlkə, etmək istədiyiniz elə uşaqlarla vaxt keçirməkdir? Əgər gözləniləndən daha az vaxtınızın olduğu məlum olsa, bu tamamilə normaldır. Yazıçı Mariya Ecuort deyib: “Bu anları xilas edə bilsək, illərimizi itirməyəcəyik”. 
  3. Vaxtınızı “yeyən” şeylərdən qurtulun: sosial şəbəkələrə sərf etdiyimiz dəqiqələr və ya təsadüfi izlədiyimiz videolar zaman qorxusunu daha da artırır. Kontentin istehlakı ilə bağlı olan prinsiplərinizi yenidən nəzərdən keçirin. 

Daha əvvəl dediyim kimi, zaman qorxusu hələ də mübarizə apardığım bir şeydir və ömrümün sonunadək davam edə bilər. Əgər siz də onunla mübarizə aparırsınızsa, ümid edirəm ki, bu yanaşmalar sizin üçün faydalı olacaqdır. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları