10 C
Baku
Friday, December 13, 2024

AMB: Narahatlığa əsas yoxdur

Son dövrlər kütləvi informasiya vasitələrində bank sistemində depozitlərin həcminin azalması və zərərlə işləyən bankların sayının artması ilə əlaqədar müxtəlif şərhlər verilməkdədir.

Bununla əlaqədar bildiririk ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir.

Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımamış və may ayında bankların depozitlərinin həcmi bərpa olunmuş, aprel ayındakı azalmanı üstələmişdir.

Bütövlükdə isə, son on ildə depozitlərin həcmi orta illik 40%, 2013-cü ildə 25%, cari ilin beş ayında 5% artmışdır.

Zərərlə işləyən bankların sayının artımı isə, bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olmuşdur. Bu bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin nəticəsidir.

Bir daha bildiririk ki, bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır.

Son xəbərlər
Digər xəbərlər