9 C
Baku
Thursday, December 12, 2024

“Nar”da təyinat olub

Azərbaycanın telekommunikasiya şirkəti “Azerfon” MMC-nin (Nar) departamentinə direktor təyin edilib.

Banker.az xəbər verir ki, Hökumə Kərimova İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru təyin edilib.

Hökumə Kərimova bundan öncə Xarici İşlər Nazirliyi, İsrailin Bakıdakı səfirliyi, YARAT və ADA Universitetində çalışıb, qeyd edilən təşkilatlarda iş təcrübəsinə malikdir.

“Ümid edirəm ki, şirkətin uğurla davam edən kommunikasiya strategiyasına öz töhfələrimi verəcəyəm. Bu yeni mərhələdə bilik və təcrübəmə arxalanaraq istedadlı komandamız və dəyərli tərəfdaşlarımızla əməkdaşlığı səbirsizliklə gözləyirəm”, – deyə H.Kərimova bildirib.

H.Kərimova 2005-2009-cu illərdə Xəzər Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi, ADA Universitetində MBA (Biznesin idarə edilməsi) üzrə magistr dərəcəsinə sahib olub.

Xatırladaq ki, “Nar” hal-hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə yüksək nəticə göstərən mobil operatordur.

Son xəbərlər
Digər xəbərlər