6 C
Baku
Thursday, February 13, 2025

Narendra Modi Vaşinqtona gəlib

Hindistanın Baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib. Bu barədə Modinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. Siyasətçi vurğulayıb ki, iki dövlət “xalqın rifahı və planetin daha yaxşı gələcəyi naminə” sıx əməkdaşlıq etməyə davam edəcək.

Xatırladaq ki, Tramp Modini bu il yanvarın əvvəlində ABŞ-yə səfərə dəvət edib. Hindistanın xarici işlər naziri Vikram Misri Modinin səfərinin ABŞ-Hindistan münasibətlərinə ikitərəfli dəstəyi əks etdirdiyini söyləyib, lakin qarşıdan gələn danışıqların gündəliyi barədə ətraflı məlumat verməyib.

Vaşinqton Hindistanı regionda, o cümlədən QUAD assosiasiyası çərçivəsində əsas tərəfdaş kimi görür. Hindistanlılar isə öz növbəsində ABŞ ilə ticarət, investisiya və texnoloji əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar.

Son xəbərlər
Digər xəbərlər