13 C
Baku
Saturday, November 23, 2024

“Nar”ın dəstəyi ilə “Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

®Ölkənin ən sərfəli mobil operatoru mövqeyini qorumaqla yanaşı, sosial layihələrə də xüsusi önəmlə yanaşan “Nar”ın əsas dəstəyi ilə Azərbaycanın ən güclü beyinləri növbəti dəfə “Breyn Rinq” intellektual yarışmasında biliklərini sınamağa başladılar. 

24-cü mövsümdə 12 şəhər və 7 universiteti təmsil edən 21 komanda “BİLİK KUBOKU” uğrunda mübarizəyə başlayaraq qarşıdakı 4 ay boyunca bilik və zəka bacarıqlarını nümayiş etdirəcək. İştirakçılar hər bazar günü saat 19:15-də İctimai Televiziyada yayımlanacaq yarışmada öz şəhər və universitetlərini qürurla təmsil edəcəklər.

“Nar” üçün elm və təhsilə dəstək vermək strateji Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətinin vacib hissəsidir. Operator gənclərin bilik və intellektual potensialını inkişaf etdirmələrinə imkan verən bu cür layihələrə dəstək olmaqla, həm fərdi inkişafı, həm də Azərbaycanın bilik və elm sahəsində irəliləməsini təşviq edir. “Nar”ın həyata keçirdiyi bütün layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Son xəbərlər
Digər xəbərlər