®“Nar”ın dəstəyi ilə 20-ci mövsümü keçirilən “Breyn Rinq” intellektual oyununda mövsümün tən yarısı geridə qalıb. Yarışın yarıdan çox hissəsinin geridə qalmasına baxmayaraq iştirak edən bütün komandaların çempionluğa şansları hələ də qalmaqdadır. Bu səbəbdən də 20 komandanın iştirak etdiyi oyunda mübarizə daha da gərginləşir. Bu komandalar Azərbaycanın 10 bölgəsini və 7 universitetini təmsil edir. Mobil operatoru təmsil edən “Nar” komandası da Yüksək liqada yer alır. Ölkənin intellektual inkişafında böyük rol oynayan “Breyn Rinq” yarışını hər həftənin bazar günü saat 18:20-də İctimai Televiziyadan izləyə bilərsiniz.
Elm və təhsilin inkişafına dəstək “Nar”ın əsas KSM istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Nar” hal-hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.