Əgər bəşəriyyət 1945-ci ildə Xirosima və Naqasakinin bombalanmasına görə Vaşinqtona qarşı ədalətli hökm çıxarsaydı, dünya etibarlı “nüvə xəstəliyinə qarşı peyvənd” alacaqdı.
Bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.
“Böyük nüvə problemi haqqında danışarkən, əlbəttə ki, bütün dərsləri xatırlamağa və öyrənməyə dəyər və bu dərslər Karib böhranından da əvvəllər başlayıb. Mən sizə 1945-ci ilin avqust hadisələrini xatırladacağam, o zaman nüvə silahı ilk dəfə mülki əhaliyə qarşı tətbiq olunub. Bunu ABŞ edib, özü də iki dəfə edib. Xirosimanın dağıdılması ABŞ-ın siyasi və hərbi rəhbərliyi üçün yetərli görünməyib, onlar Yaponiyanın başqa bir şəhərini – Naqasakini məhv ediblər. Demək lazımdır ki, bu müharibə cinayəti, insanlığa qarşı törədilən cinayət cəzasız qalıb. Əgər o zaman bəşəriyyət ABŞ-ın siyasi və hərbi rəhbərliyi haqqında ədalətli hökm çıxarsaydı, onda mən əminəm ki, bəşəriyyət nüvə xəstəliyinə qarşı çox etibarlı peyvənd alardı”, deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru vurğulayıb.