2021-ci ilin ikinci yarımilliyində kredit bazarında fəaliyyətinə lisenziya alan “NAS Project Bank Olmayan Kredit Təşkilatı” ASC-nin ilk maliyyə hesabatı açıqlandı.
Banker.az xəbər verir ki, BOKT ilk maliyyə ilində 88 870 manat faiz gəliri əldə etmiş, 117 637 manat isə inzibati xərclər etmişdir. Bununla da təşkilatın gəlirləri xərclərini qarşılaya bilməmiş, ilk maliyyə ilində 30 332 manat zərər edib.
BOKT-un aktivlərinin həcmi 1 572 602 manat olmuş. Bunun 1 476 789 manatı müştərilərə verilən kredit, 85 995 manatı pul vəsaitləri təşkil edib.
BOKT-un yarandığı ildə 1 299 692 manat borc öhdəliyi, 3 242 manat digər öhdəliyi yaranmış ki, bu da ümumi öhdəliyinin 1 302 934 manat olmasına gətirib çıxarıb.
“NAS Project BOKT” ASC 02 oktyabr 2020-ci ildə davamlı kredit xidməti göstərmək məqsədilə təsis edilib. BOKT Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir. ASC-nin nizamnamə kapitalı 300 min manat təşkil edir.