“Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 1 milyon manat və yaxud 4.3 dəfə artırıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Bununla da onun nizamnamə kapitalı 300 min manatdan 1.3 milyon manata çatdırmağı planlaşdırır.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızları BOKT-un yeganə səhmdarı – Məhəmməd Quliyev alacaq.
Xatırladaq ki, “Nas Project” 2020-ci ildə yaradılıb.