8 C
Baku
Saturday, December 3, 2022

“NAS Project BOKT”nin nizamnamə kapitalı 333% artırılıb

Azərbaycanda 2 ildir fəaliyyətdə olan bank olmayan kredit təşkilati “NAS Project” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı kəskin artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, “NAS Project BOKT” ASC-nin nizamnamə kapitalı 1 mln. manat, yaxud    333% (4.3 dəfə) artırılmaqla 1.3 mln. manata çatdırılıb.

Qeyd edək ki, BOKT 1 ay öncə hər bir səhminin nominal dəyəri 100 manat olan 10 000 ədəd yeni səhm buraxacağını bildirmişdi.

BOKT 2020-ci ildə yaradılıb və onun səhmlərinin 100%-i Məhəmməd Quliyevə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər
X