NASA Ayda 4G (LTE) şəbəkəsini quraşdırmaq üçün “Nokia” şirkəti ilə 14,1 milyon dollarlıq müqavilə bağlayıb. Amerikanın kosmik agentliyi vurğulayır ki, telekommunikasiya şəbəkəsinin bu standartı, Ayda Yer kürəsindəki radio siqnallarından daha etibarlı rabitə təmin edə biləcək. Bildiyimiz kimi, daha əvvəl NASA-nın 2028-ci ilə qədər Yer kürəsinin peykində Ay bazasını yaratmaq planları açıqlanmışdı.
Banker.az xəbər verir ki, bu barədə NASA və “Nokia”ya istinadən CNN məlumat verib.
NASA 4G şəbəkəsinin radio rabitəsini əvəz edəcəyini və müqayisədə daha etibarlı şəhərlərarası əlaqə təmin edəcəyini gözləyir. Agentlik bildirir ki, müəyyən müddətdən sonra 4G şəbəkəsi 5G texnologiyası ilə əvəz edilə bilər. “Nokia” tərəfdən Ay səthində şəbəkə məsələləri ilə kosmik uçuşlar üzrə ixtisaslaşan “Intuitive Machines” şirkətinin əməkdaşlığı ilə “Bell Labs” məşğul olacaq. “Bell Labs”ın nümayəndəsi John Oliver zarafatla Aydakı mobil rabitənin Yer kürəsindəki rabitədən daha yaxşı işləcəyini söyləyir. Onun sözlərinə görə, bunun səbəbi kosmik məkanda ağaclar, binalar və televiziya qüllələri kimi maneələrin olmamasıdır.
“Bell Labs” qeyd edir ki, simsiz şəbəkə astronavtlara məlumat ötürmək, Ay üzərində hərəkəti idarə etmək, real vaxt rejimində naviqasiyadan istifadə etmək və digər imkanlar verir. Bundan əlavə, 4G şəbəkəsi Ay səthində daha keyfiyyətli şəkillər çəkməyə kömək edəcək. Yer kürəsindən fərqli olaraq, Ay səthində 4G üçün enerji generatorlarından deyil, “Bell Labs”ın hazırladığı kiçik seyflər (pətələr) texnologiyasından istifadə ediləcək. Qeyd edək ki, bu texnologiyanın əhatə dairəsi məhdud olsa da, daha az enerji tələb edəcək və kosmik aparatlara yerləşdirilməsinə imkan verəcək dərəcədə daha yüngül və kiçikdir.
Xatırladaq ki, keçən həftə NASA-nın rəhbərlik etdiyi “Artmis” Ay proqramına yeddi ölkə qoşuldu – Böyük Britaniya, Avstraliya, İtaliya, Lüksemburq, Kanada, BƏƏ və Yaponiya. ABŞ-ın təklif etdiyi qaydalar 1967-ci il Kosmos müqaviləsinin prinsiplərinə əsaslanır. ABŞ prezidenti Donald Trampın planlarına görə, Aya insan uçuşları 2024-cü ildə bərpa ediləcək.