23 C
Baku
Saturday, April 20, 2024

NASA-dan xəbərdarlıq: Yerə iki asteroid yaxınlaşacaq

Sentyabrın 14-də iki asteroid Yer kürəsinə yaxınlaşacaq. Onların yaxınlaşması planetimiz üçün heç bir təhlükə törətməyəcək.

Bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) məlumat yayıb.

Bildirilib ki, “2000 QW7” adlandırılan asteroidlərdən birinin diametri 290 metrdən 650 metrə qədər ola bilər. O, saniyədə 6,4 kilometr sürətlə Yer kürəsindən 5,3 milyon kilometr aralıdan keçəcək. Təxminən bu məsafədən digər göy cismi – 120 metrdən 260 metrədək diametri olan “2010 CO1” asteroidi saniyədə 14,4 kilometr sürətlə planetimizin ətrafından ötəcək.

Son xəbərlər
Digər xəbərlər