İyulun 14-də yük daşıyan “Cargo Dragon 2” kosmik gəmisi Florida ştatında yerləşən kosmodromdan fəzaya buraxılacaq.
Bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) məlumatında deyilir.
Qeyd edək ki, “Cargo Dragon 2” Beynəlxalq Kosmik Stansiyaya təxminən 3 ton yük çatdırmalıdır.
Xatırladaq ki, bu kosmik gəminin fəzaya buraxılması iyunun əvvəlinə planlaşdırılsa da, texniki problemlərə görə dəfələrlə təxirə salınıb.