18 C
Baku
Wednesday, May 29, 2024

NASA Marsa iki minihelikopter göndərəcək

NASA (ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Araşdırılması Milli İdarəsi) Marsa iki minihelikopter yollayacaq.

Bu məlumatı NASA-nın mətbuat xidməti yayıb.

Bildirilib ki, həmin helikopterlər Yerə Marsın dağlarından və torpağından nümunələr gətirmək üçün göndərilir:

“Minihelikoterlərdən birinin 2027-ci ilin payızında, o birinin isə 2028-ci ilin yayında göndərilməsi planlaşdırılır. Onların Marsdan dağ-qaya və torpaq nümunələrinin xüsusi raketlərə yükləyəcəyi gözlənilir. Həmin yükün 2033-cü ildə Yerə qaydıcağaı nəzərdə tutulub”.

Məlumata əsasən minihelikopterlərin çəkisi 4 funt (1,8 kq). Onlara təkərlər və tutma qolları quraşdırılacaq. Helikopterin layihələndirilməsi bu ilin oktyabrında başlayacaq. Bu mərhələnin 12 aya yaxın sürəcəyi gözlənilir.

Hazırda Marsda NASA-nın “Perseverance” adlı uçan aparatı fəaliyyət göstərir. O, 2021-ci iln fevralında Qırmızı planetə göndərilib. Həmin aparatın tapşırığı Marsda torpaq, qaya nümunələri götürüb öyrənməkdir. Aparat artıq 11 nümunə götürüb. Onların 2030-cu ilədək araşdırmaq üçün Yerə çatdırılması planlaşdırılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər