13 C
Baku
Friday, November 22, 2024

NASA Marsda oksigen istehsal etdi

NASA-nın “Perseverance” roverindəki cihaz Marsda oksigen istehsal edərək yeni bir çığır açıb.

Toster ölçüsündə olan “MOXIE” adlı cihaz bir astronavtı bir neçə saat saxlamaq üçün kifayət qədər oksigen istehsal edərək gələcək insan kəşflərinə ümid verib.

2021-ci ilin fevralında qırmızı planetə enən “Perseverance” rover iki ildən çoxdur ki, az miqdarda oksigen istehsal etmək üçün vaxtaşırı atmosferdə karbon qazı yandırır. Mikrodalğalı sobadan böyük olmayan bir cihazdan istifadə edərək NASA ümumilikdə 122 qram oksigen çıxara bilib ki, bu da bir astronavtı təxminən üç saat oksigenlə təmin edə bilər.

Bir astronavt üçün 10 dəqiqə təxminən 5 qram oksigenin kifayət etdiyi və daha geniş miqyasda istehsalın insan həyatını dəstəkləyə biləcəyi, həmçinin gələcək kəşfiyyatlar zamanı raket yanacağının təmin oluna biləcəyi ifadə edilib.

Son xəbərlər
Digər xəbərlər