28 C
Baku
Saturday, July 27, 2024

NASA-nın Marsa göndərdiyi altıtəkərli aparat toz tufanına qərq olub

NASA Marsa göndərdiyi aparatın missiyasının 15 ildən sonra başa çatdığını elan edib. Bu aparat 90 günlüyə göndərilmişdi, amma 15 il çəkib. Altıtəkərli aparat toz tufanının qurbanı olub.

Birləşmiş Ştatların kosmik agentliyi Opportunityaparatının missiyasının başa çatdığını fevralın 13-də elan edib. Onunla son kommunikasiya iyunun 10-da yaradılıb.

“@MarsRovers Opportunity ilə 800+ əlaqə yaratma cəhdindən sonra bu gün biz Marsa uğurlu missiyanın başa çatdığını elan edirik”, – NASA-nın inzibatçısı Cim Bridenstine tvitində yazıb. Bu aparat missiya zamanı Marsda həyatın mümkün ola biləcəyinə dair dəlil toplayıb. Ötən il isə güclü toz dumanı onun günəş batareyalarını örtüb və enerji almasını əngəlləyib.
İki aparat Marsa 2004-cü ildə enib. Opportunity öz “əkizindən” səkkiz il çox yaşayıb, 45 kilometr qət edib. Bu, kosmosun tədqiqi sahəsində indiyədək ən uzun missiya sayılır.

MənbəStrateq.az
Son xəbərlər
Digər xəbərlər