22 C
Baku
Thursday, September 29, 2022

NASA yeni kəşfə imza atıb 

NASA Almaniyanın Hava İdarəsi və Kosmik Mərkəzilə birgə yeni proqramı reallaşdırıb.

Türkiyə mediasına istinadən xəbərə görə, “Yerin cazibə qüvvəsi və İqlim təcrübəsi” (GRACE) adlandırılan proqramda 2002-2017-ci ilin təsvirləri, rəqəmləri və dəyişiklikləri haqda məlumatlar əksini tapıb.

Proqramda son 15 il üçün açıqlanan məlumatlar sırasında ən çox diqqət çəkən məlumat isə Antarktida qitəsi ilə bağlı olub. NASA-nın məlumatına görə, qitədə cazibə qüvvəsinin anomaliyasının olması faktı təsdiqini tapıb. Bunun səbəbi ilə bağlı rəsmi açıqlama olmasa da, bu və buna bənzər iddialar daha öncələr də ortaya atılmışdı.

2006-cı ildə alimlər belə bir iddia irəli sürmüşdülər ki, Antarktidada böyük göy daşı effektini verən nəhəng krater var.

©Sputnik Azərbaycan

Son xəbərlər
Oxşar xəbərlər