Dünən Azərbaycanda ödəmə terminallarından biri olan “E-manat”da ödənişləri həyata keçirmək mümkün olmurdu. “Azəriqazın” smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.
Banker.az xəbər verir ki, Azəriqaz ödənişlərindəki nazaslıq aradan qaldırılıb, etdiyiniz ödənişi terminalda bərpa edərək məbləği kartınıza yükləyə bilərsiniz.
Bərpa qaydası:
1. Ödəniş etdiyiniz eManat terminalına yaxınlaşın.
2. Kommunal ödənişlərinə daxil olun.
3. Azəriqaz seçin.
4. Smart Kart seçin.
5. Kartı daxil edin.
6. Ödənişlər haqqında məlumat düyməsini seçin.
7. Ödəniş etdiyiniz tarixi seçin.
8. Sağ aşağı hissədə əks olunan Smart kartın Bərpası düyməsini sıxın.
Qeyd edək ki, bərpa zamanı qəbz verilmir. Terminalın ekranında bildiriş mətni: “Məlumatlar bərpa olunub”. Nəzərə alın ki, ödənişi bərpa etmək üçün kart boş olmalıdır. Əgər bu ödənişdən sonra təkrar ödəniş etmisinizsə, onu mütləq sayğaca yükləyib, sonra bu ödənişi terminalda bərpa etməlisiniz.