“Nasdaq” birjaları aprelin 29-dan etibarən Rusiyada fəaliyyətini dayandıracaq.
Bu barədə “RBC Danimarka” məlumat yayıb.
“Nasdaq” məlumatlarına hər hansı aktiv mübadilə abunələri avtomatik ləğv ediləcək, aprelin 29-dan yeni abunələr mövcud olmayacaq”, – məlumatda deyilir.
Rusiyada yaşayan müştərilər ABŞ və Avropadakı “Nasdaq” birjalarından bazar məlumatlarına çıxış əldə edə bilməyəcəklər.