“Kaskad – Hidro M” MMC 2024-cü ildə 2 milyon 918.68 min manata xalis mənfəət əldə edib ki, bu da öncəki ildəki 2 milyon 236.09 min manatdan 30.5% çoxdur.
Banker.az şirkətin konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin əsas fəaliyyətindən gəlirləri 14 milyon 113.52 min manat təşkil edib ki, bu da 2023-cü ildəki 11 milyon 433.70 min manatla müqayisədə 2 milyon 679.82 min manat və ya 23.4% artım deməkdir.
Satışın maya dəyəri 9 milyon 275.29 min manata yüksələrək əvvəlki illə müqayisədə 878.01 min manat və ya 10.5% çox olub.
Ümumi mənfəət 4 milyon 838.22 min manata çataraq 2023-cü ildəki 3 milyon 36.42 min manatdan 1 milyon 801.80 min manat və ya 59.3% artıq qeydə alınıb.
İnzibati xərclər də əhəmiyyətli dərəcədə artıb – 131.40 min manatdan 1 milyon 13.93 min manata yüksələrək 882.52 min manat və ya 671.4% çoxalıb.
Beləliklə, şirkət 2024-cü ildə 3 milyon 729.41 min manat olub, bu da əvvəlki ilin 2 milyon 890.60 min manatı ilə müqayisədə 838.80 min manat və ya 29.0% artım deməkdir. Maliyyə xərcləri azalaraq 155.06 min manatdan 91.38 min manata enib, nəticədə 63.68 min manat və ya 41.1% azalma qeydə alınıb.
“KASKAD-HİDRO” MMC bazarda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət çirkab və təmiz sular üçün geniş çeşiddə nasos aqreqatlarını təklif edir.