26 C
Baku
Saturday, July 27, 2024

Nassim Taleb: “Bir valyuta olaraq bitkoinin dəyəri sıfıra bərabərdir”

“Qara Qu quşu” adlı bestsellerin müəllifi Nassim Nikolas Taleb bitkoin haqqında fikrini dəyişdirib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bitkoindən daha zəif olan çox az aktiv var”, – deyə Nassim Taleb qeyd edib. İyun ayının sonunda dərc etdiyi “Bitcoin, Currencies, and Fragility” məqaləsində müəllif bitkoinin dəyərinin sıfıra bərabər olduğunu yazır. “Qızıl və digər qiymətli metallar zamanla geriləmir və adətən fiziki xüsusiyyətlərini qoruyub saxlayır”, – Taleb əlavə edib.

Müəllif bitkoinin yüksək dəyişkənliyinə xüsusi diqqət yetirir: “mövcud olduğu müddətdə 60%-dən 100%-dək. Buna baxmayaraq, Nassim Taleb kriptovalyutanın fiat valyutanı sıxışdıra biləcəyinə inanır.

Xatırladaq ki, daha əvvəl Taleb bitkoin haqqında müsbət fikirdə olub: 2018-ci ildə müəllif onu dövlət nəzarətindən “sığorta” adlandırıb. Nassim Taleb əmindir: valyuta hesab olunmaq üçün bitkoin sabitliyə və istifadə rahatlığına sahib olmalıdır.

Aprel ayında “Qara Qu quşu. Qeyri-müəyyənlik işarəsi altında” kitabının müəllifi Nassim Taleb bitkoinin dünya valyutalarını heç vaxt əvəz edə bilməyəcəyini yazıb.

Son xəbərlər
Digər xəbərlər