6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Nassim Taleb koronavirusdan sonra “şəhərlərin ölümü” nü proqnozlaşdırdı

Amerikalı publisist, iqtisadçı və treyder Nassim Taleb, RBK-ya verdiyi müsahibədə koronavirus pandemiyasının onlayn təhsilə keçid dövrünü sürətləndirəcəyini söyləyib. Təhsil müəssisələri isə binalara, logistikaya və s. xərclərin olmaması sayəsində əhəmiyyətli dərəcədə qənaət edə biləcəklər.

Banker.az xəbər verir ki, biznesin də bir hissəsi onlayn formata keçəcək. “Bu, ofislərin tamamilə yox olacağı demək deyil, sadəcə onlar daha kiçik olacaq və insanlar hər gün işə gedib-gəlməyəcək”, – Taleb hesab edir. Onun fikrincə, bu cərəyan “şəhərləri öldürəcək” – insanların meqapolislərdən kəndlərə axını başlayacaq.

Böhrandan sonra bərpa olması mümkünsüz olan sahələrdən biri, iqtisadçının fikrincə, turizm sənayesidir. Pandemiya insanların vərdişlərinə təsir göstərir – təcrid vəziyyətində onlar kor-təbii alış-verişdən çəkinərək qənaət edirlər.

“Bu mənada köhnə dövrlərə dönüş olacaq. Böhran bu tendensiyanı daha da gücləndirəcək”, – Taleb hesab edir.

Son xəbərlər
Oxşar xəbərlər