15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

NASTAQ birjası IPO üçün minimum ölçü tətbiq etmək istəyir

Screen Shot 2021 09 02 at 14.34.20

Yüksək texnologiyaları səhmlər üzrə ixtisaslaşmış NASTAQ birjası ilkin yerləşdirmə üçün minimum ölçü tətbiq etmək istəyir.

Banker.az “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aşağı hədd 25 milyard dollar olacaq və bu, Çin şirkətlərinin bu ticarət platforması vasitəsi ilə birjada daxil olmasını çətinləşdirəcək. Mütəxəssislərin fikrincə, belə bir addım dünyanın iki ən böyük iqtisadiyyatı arasında onsuz da gərgin olan maliyyə münasibətlərində demək olar ki, son nöqtə olacaq.

Agentlikdən verilən məlumata görə, NASTAQ Çin şirkətlərinin birjaya girişini məhdudlaşdırmağa daha əvvəl də cəhd edib. Mənbələrin bildirdiyi kimi, amerikan birjalarını Çin şirkətlərinin qeyri-şəffaflığı narahat edir.

Eyni zamanda, birja Çin şirkətlərinin hüquqlarını açıq şəkildə məhdudlaşdırmayacaqdır. Lakin IPO vasitəsi ilə ən azı 25 milyard dollar cəlb etmək tələbi bir çox emitent üçün maneə olacaq. Belə ki, 2000-ci ildən bəri birjada siyahıya alınan 155 şirkətdən 40 şirkət 25 milyard dollar səviyyəsinə çata bilməmişdi.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər