17 C
Baku
Sunday, May 26, 2024

“Natəvan” gəmisi yenidən Qara və Aralıq dəniz hövzəsində yükdaşımalara cəlb olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda istismar olunan “Natəvan” universal quru yük gəmisi əsaslı təmir olunub.

ASCO-dan verilən məlumata əsasən, təmir işləri Türkiyənin Altınova/Yalova bölgəsində yerləşən “Gürdesan” tərsanəsində aparılıb.

Burada görülən işlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri ilə yanaşı, digər bütün maşın və mexanizmləri təmir olunub. Yük kranları, xilasedici və yanğınsöndürmə vasitələri, ballast və quruducu sistemləri, sıxılmış hava sistemləri və mexanizmləri saz vəziyyətə gətirilib.

MARPOL Konvensiyasının 4-cü əlavəsinin yeni tələbinə uyğun olaraq gəminin yanacaq xəttində zəruri dəyişikliklər olunub. Həmçinin gəmidə ballast sularını təmizləyən qurğu quraşdırılaraq müvafiq konvensiyanın tələblərinə uyğunlaşdırılıb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib, bəzi sualtı hissələrdə zədələnmiş sahələr tamamilə dəyişdirilib. Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana və kayutlarda da lazımi işlər aparılıb.

Gəmi əsaslı təmirdən sonra yenidən Qara və Aralıq dəniz hövzəsində yükdaşımalara cəlb olunub.

Qeyd edək ki, “Natəvan” gəmisi 2014-cü ildən Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə qabiliyyəti 5 200 ton, uzunluğu 108, eni 16,74 metrdir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər