Aktrisa Natali Portman Forbes jurnalının hər il tərtib etdiyi Hollivudun ən rentabelli ulduzları siyahısına başçılıq edir. Nəşriyyatın məlumatlarına görə Portmana ödənilmiş hər dollar onun iştirakı ilə çəkilmiş filmlərin yaradıcılarına 42,7 dollar qazanc gətirib. Portman belə bir nəticəni əsasən baş rol oynadığı “Black swan” filminin kommersiya uğuru hesabına əldə etmişdir. “Black swan” 13 mln dollara başa gəlmişdir, dünya kinoprokatında kino 329 mln dollar gəlir əldə edə bilmişdir. Portmanın iştirakı ilə çəkilmiş daha bir romantik film “No Strings Attached” kinoprokatda təxminən 150 mln dollar qazanmışdır, halbuki kinonun büdcəsi 25 mld dollar idi.
Ən rentabelli aktrisalar siyahısında ikinci yeri “Twilight” filmində baş rol oynamış Kristen Stüart tutmuşdur. Stüarta ödənilmiş hər bir dollar onun iştirakı ilə çəkilmiş filmlərin yaradıcılarına 40,6 dollar qazandırmışdı. Daha əvvəl Forbes jurnalı Stüartı 2012-ci ilin ən çox qazanan aktrisası seçmişdir. Lakin “Twilight” filmindən əldə olunmuş 3,3 mlrd dollarlıq ümumi yığım filmin son iki seriyasına görə Stüarta ödənilmiş 25 mln dolları artıqlamasilə ödəyir.
Üçüncü yeri hər ödənilən dollara görə 35,8 dollar qazandıran Şaya Labef tutmuşdur. “Transformers” filmi Labefə reytinqdə iştirakı təmin etdi. Labef filmin dörd seriyasından üçündə baş rol oynamışdır.
Ən rentabelli ulduzların reytinqində dördüncü yerdə “Twilight” filmində Stüartın tərəf müqabili Robert Pattinsondur, onun iştirakı ilə çəkilmiş filmlər hər ödənilən dollara görə 31,7 dollar qazanc gətirir.
Beşliyi ümumi gəlirləri təxminən 7,7 mlrd dollar təşkil edən Harry Potterin macəralarından bəhs edən kinoserialın baş qəhrəmanı Deniel Redkliff bağlayır. Redkliffə hər ödənilən dollar 30,5 dollar gəlir gətirib.
Reytinq tərtib olunarkən bu və digər kino ulduzun son üç il ərzində geniş kinoprokata daxil olan son üç filmindən əldə olunan kassa yığımları və bu filmlərə görə onların qazandıqları qonorarlar nəzərə alınıb.