13 C
Baku
Saturday, April 27, 2024

Nate qasırğası: ABŞ Meksika körfəzində neft və qaz hasilatını 92% azaltdı

Banker.az xəbər verir ki, ABŞ Ətraf mühitin qorunması və təhlükəsizliyi bürosunun məlumatına görə, Nate qasırğası Amerika şirkətlərini Meksika körfəzində neft və qaz hasilatının demək olar ki, hamısını dayandırmağa məcbur edib.

“Hazır ki, qiymətləndirmələrə görə, Meksika körfəzində neft hasilatı 92, qaz hasilatı isə 77% dayandırılıb” – deyə büronun saytında məlumat verilib.

Bundan əlavə, qeyd edilir ki, 737 hasilat platformasının 302-nin personalı təxliyyə edilib.

Qeyd edək ki, Mərkəzi Amerikada 20-dən çox insan Nate qasırğasının qurbanı olub. Amerikanın Alabama, Luiziana, Florida və Missisipi ştatlarında fövqəladə vəziyyət elan edilib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər