32 C
Baku
Saturday, June 25, 2022

Natiq Cəfərli: “Azərbaycan logistik mərkəzə çevrilə bilər”

“Brüssel görüşü uğurlu keçdi, Avropa Birliyinin (AB) bölgəmizdə sülhün əsas moderatorlarından biri olması üçün yaxşı şans yaranıb”.

Banker.az xəbər verir ki, bunu feysbuk səhifəsində iqtisadçı Natiq Cəfərli yazıb.

O qeyd edib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, yeni kommunikasiya koridorlarının açılması, təhlükəsizliklə bağlı problemlərin həlli indiki dövrdə daha da aktuallaşıb:

“Bu gün Rusiyanın dünyadan fiziki və iqtisadi təcridi yeni, alternativ yolların aktuallığını xeyli artırıb. AB ölkələri ilə Çin və digər Uzaq Şərq dövlətləri arasında qarşılıqlı ticarətin həcmi ilə 1,5 trilyon dollardır, dəmir yolu ilə yüklərin daşınmasının əsas istiqaməti hələ də Rusiya və Belarusdur – həm Avropa, həm də Çin üçün belə asılılıq problemlər yaradır. Ona görə də Azərbaycanın logistik mərkəz olması üçün böyük şans var. Amma bunun üçün ölkəmizin beynəlxalq biznes və logistikaya açılmasına, hüququn üstünlüyünə, məmləkətin ÜTT-yə üzv olmasına, AB ilə yeni strateji sazişin tezliklə imzalanmasına ehtiyac var. Bundan başqa ölkəmizin xroniki dərdi, “xəstəliyi” olan gömrük sisteminin yenidən qurulmasına ehtiyac var”.

MənbəQafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər