3 C
Baku
Saturday, December 14, 2024

“Devalvasiya nəticəsində dəymiş ziyanı dövlət ödəyəcək, bank bu prosesdə iştirak etmir”

İqtisadçı ekspert Natiq Cəfərli ölkə başçısının problemli kreditlərin həll edilməsi ilə bağlı verdiyi fərmanı şərh edib.  N. Cəfərli  Azadlıq radiosunun canlı yayımında qeyd edib ki, Azərbaycanda statistik rəqəmlərə əsasən, 700  minə yaxın  insanın  problemli krediti var:

“Bu da təqribən 1,8 milyard manat  deməkdir. Dollar ekvivalentində isə 100 milyon dollara yaxın vəsait edir. Bu fərman problemli kreditlərin böyük qisminin həllində irəli atılmış addım olacaq. Fərmanda fiziki şəxslərin kredit borcundan söhbət gedir. Yəni, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra götürdükləri 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Məzənnə fərqini  dövlət öz üzərinə götürür. Götürülən kreditlərin həcmi 10 min dolları keçməməlidir və ediləcək yardım da 5000 dollara qədər olmalıdır. Əgər kiminsə kreditləri daha böyük həcmdədirsə, yaxud da dəymiş ziyan 5000-dən yuxarıdırsa, onu vətəndaş özü ödəməyə məcbur olacaq. 

Devalvasiyaya qədər olan məzənnə ilə vətəndaş kredit borcunu, yəni 0,78 hissəsini ödəməli olacaq. Devalvasiya nəticəsində dəymiş ziyan isə dövlət tərəfindən ödəniləcək. Burada məsuliyyət dövlət və vətəndaş arasında bölünür. Banklar bu prosesdə iştirak etmir”.

Son xəbərlər
Digər xəbərlər